Dünya 15:15 06.03.2020

Ruslar bu vəzifələrdə qadınları görmək istəmir

Rusların üçdə ikisindən çoxu (68%) Rusiyanın prezidenti postunda qadın görmək istəmir. Eləcə də respondentlərin 56%-i baş nazir postu ilə bağlı da eyni fikri ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu nəticə VTSİOM-un keçirdiyi sorğudan sonra məlum olub.

Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyində bir qadının rəhbər olmasına qarşı da respondentlərin 83%-i çıxış edib.

Sosioloqların fikrincə, rusların əksəriyyəti qadınların səhiyyə, rifah və təhsil üzrə nazirləri vəzifələrinə uyğun olduğuna inandığını bildirib.

Alpər