Sənət 16:13 13.09.2016

Rüstəm Behrudi AYB-dən istefa verdi - QALMAQAL

Azərbaycanın tanınan şairi Rüstəm Behrudi Azərbaycan Yazıçılar birliyindən istefa verib. Bu haqda şair "Facebook" hesabında paylaşdığı statusda bildirib. 

Şairin bu qərarının səbəbi çox maraqlıdı. Sən demə, illərdi R.Behrudini ad günlərində AYB-dən bir quruca təbrik almayıbmış. 
 
Qaynarinfo.Az R.Behrudinin həmin statusunu təqdim edir:
 
"Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki,bu uzun illər ərzində  ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində  adımı çəkməyib.Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan  bir şairə bu cür münasibət hardan qaynaqlanır?.Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər? 
 
YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm.
 
Hamıya sevği və sayğılarımla! 

Rüstəm  Behrudi."                         
 
Şair bildirib ki, indəyədək nə "Ədəbiyyat" qəzeti, nə "Ulduz" jurnalı onu doğum günündə yada salmayıb. 
 
"Mənin saya salmayan bir qurumda niyə qalmalıyam?!"- deyən şair bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib.

Qaynarinfo.Az