Siyasət 12:54 07.06.2013

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi - YENİLƏNİR

12:54

Bu gün keçirilən Milli Şuranın iclasında Müsavat Partiyasının sədri İsa Qəmbər çıxış edib. 

Qaynar.info-nun məlumatına görə, Müsavat başqanı vahid namizəd məsələsi müzakirəsinə partiya olaraq hazır olduqlarını deyib: "Burada vahid namizədlə bağlı fikir mübadiləsi oldu, faydalı müzakirə idi. Bu məsələ ciddi müzakirə olunmalı idi. Müsavat partiyası olaraq biz buna hazırıq. Birliklə bağlı bir neçə təşəbbüs irəli sürülüb. Etiraf etmək lazımdı ki, Rüstəm İbrahimbəyovun təklifi ciddi rezonans doğurub. Ayın sonunda Bakıya dönəcəyini deyib. Təklif edirəm ki, müzakirələrdən sonra əsasnamədə olduğu kimi sədr seçilsin. Bu sədr də Rüstəm olsun, çünki bu ona beynəlxalq tədbirlərdə əlavə imkanlar verəcək". 

Sonda səsvermə keçirilib və Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib. 

**

12:06

Bu gün təsis olunan Milli Şuranın toplantısında Məclisin vahid namizədi məsələsi ilə bağlı müzakirələr aparılıb. 

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan çıxış edərək partiya olaraq Rüstəm İbrahimbəyovun vahid namizəd elan olunmasını dəstəklədiklərini bildirib: "Dünən partiyada müzakirə etdik və qərara gəldik ki, Rüstəm İbrahimbəyov namizəd olsun. Vahid namizəd deyil, ALP namizədi olaraq deyirəm. "

Eldar Namazov çıxışında bildirdi ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi əksəriyyət tərəfindən dəstəklənsə də, hələ indi müzakirə mövzusu deyil: "İndi reytinq səsverməsi olmalıdı. Yaxın günlərdə isə vahid namizəd məsələsi elan oluna bilər. Leyla xanımın bu məsələ ilə bağlı təklifini başa düşürəm. Bu, bizi parçalayan yox, birləşdirən məsələdir. Elə olsaydı yığışmazdıq".  

Sonda səsvermə keçirilib. Leyla Yunusun vahid namizədin seçilməsi ilə bağlı təklifi səsverməyə qoyulsa da, qəbul olunmayıb. 97 iştirakçıdan sadəcə 13-ü "hə" deyib. 

**

Milli Şuranın bu gün keçirilən iclasında qurumun bəyannaməsi açıqlanıb.

Bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan ediblər  ki,

- Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək

- Demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq

- Hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq

- Azərbaycan müstəqillliyinin süverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün  təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında – Demokratik Qüvvələrin Milli Şurasında birləşdiklərini elan edirlər.

Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-cimaddəsinin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganəmənbəyi Azərbaycan xalqıdır” müddəasına uyğun olaraq, xalqın həqiqətəndə hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmişhakimiyyətini özünə qaytarmağa nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezidentseçkilərində vahid platforma ilə və vahid güc kimi iştirak edəcək. MilliŞura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq,azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbərolunmasına çalışacaq. Milli Şura avtoritar rejimin demokratikalternativi olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafını təminedəcək siyasi, hüquqi, iqtisadi və sosial islahatlar paketlərinirazılaşdıraraq xalqımıza təqdim edəcək.

Milli Şura namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə:

- Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətinqanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təminetmək;

- Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;

- Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

- Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlaraparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yenikonstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbuledilməsinə çalışacaq.

- Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq."

**

11:41

Bu gün müxalifət partiyaları Milli Şuranın təsis olunması ilə bağlı toplantı keçirib. 

Qaynar.info-nun məlumatına görə, keçirilən səsvermə zamanı Milli Şura təsis olunub. 

Toplantıda iştirak edən Leyla Yunus növbəti səsvermənin keçirilməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd elan olunmasını təklif edib. Lakin ACP sədri Sülhəddin Əkbər bununla razılaşmayaraq, bu məsələnin hələ tez olduğunu bildirib. 

**

Hazırda Milli Şuranın ilk təsis yığıncağı keçirilir. 

Tədbiri giriş sözü ilə Ziyalılar Forumunun üzvü Cəmil Həsənli açıb. O, milli Şuranın yaradılması münasibəıtilə xalqı təbrik edib. Demokratiya, inkişaf və ədalət uğrunda xalqla birlikdə böyük mübarizə əzmi göstərəcəyini qeyd edib. 

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və himnin səsləndirilməsi ilə açıq elan olunub.

Qaynar.info