Siyasət 10:02 24.07.2013

Rüstəm İbrahimbəyov Rusiya pasportunu təhvil verib - VİDEO

Bir qrup müxalifətpartiyasının və fəalının yaratdığı Milli Şuranın vahid namizəd elan etdiyi Rüstəmİbrahimbəyov namizədliyinin qeydə alınmasında maneə kimi göstərilən ikili vətəndaşlıqməsələsini həll edəcək. Bunu şuranın icra aparatının rəhbəri Eldar Namazovbildirdi.

Onun dediyinə görə, İbrahimbəyov Rusiya pasportunuartıq bu ölkənin müvafiq qurumuna təhvil verib və yaxın vaxtlarda həmin qurumonun Rusiya vətəndaşlığını ləğv edəcək. Bununla da Rüstəm İbrahimbəyov yalnızAzərbaycan vətəndaşı olacaq. Eldar Namazov deyir ki, Rüstəm İbrahimbəyovunnamizədliyinin qeydiyyatı bu yaxınlarda Vaşinqtonda keçirilən müzakirələrdə dədiqqət mərkəzində olub.

Milli Şuranın icra aparatının rəhbəri, EldarNamazov: "Bir neçə dəfə ABŞ rəsmiləri Rüstəm İbrahimbəyovun namizədliyininqeydiyyatı məsələsini qaldırdılar. Bir dəfə bu suala Vaşinqtondakı Azərbaycan səfiriElin Süleymanov cavab verdi, bir dəfə də Bakıdan gedən hakimiyyət nümayəndələri.Bu məsələyə diqqət həddən artıq böyükdür və beynəlxalq ictimaiyyətdə belə birfikir formalaşır ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınması məsələsiseçkinin legitimliyi deməkdir”.

Amma sözügedən tədbirdə iştirak etmiş Milli Məclisindeputatı, Amerika-Azərbaycan dostluq qrupunun üzvü Asim Mollazadə rəsmiVaşinqtonun Milli Şuraya, yaxud hər hansı digər siyasi quruma dəstək vermədiyinideyir. "Bu müzakirələr deyildi, çünki müzakirə olsaydıkonqresdə olardı, konqresmenlər də iştirak edərdi. Bu sadəcə fikir mübadiləsiidi”, - deyə Asim Mollazadə bildirib.

Xatırladaq ki, sözügedən tədbirdə AzərbaycanınAmerikadakı səfiri Elin Süleymanov və Milli Məclisin komitə sədri Səməd Seyidovda iştirak edib. Onlar öz çıxışlarında Dağlıq Qarabağdan qaçqın düşən azərbaycanlılarınhüquqlarının pozulmasını qabardıblar.




Anspress