Siyasət 16:45 09.10.2013

Rüstəm İbrahimbəyov səs verə bilmədi

    

Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov oktyabrın 9-da Rusiyanın paytaxtı Moskva şəhərində, Azərbaycan səfirliyində qurulmuş məntəqəyə gedərək səsvermədə iştirak etmək istəyib. Amma ona adının seçici siyahısında olmadığı bildirilib.

“Media forum” saytına danışan Rüstəm İbrahimbəyov deyib ki, şəffaf seçki keçiriləcəyi halda Milli Şuranın namizədi Cəmil Həsənlinin prezident seçiləcəyinə əmindir: “Seçki xəbərlərini izləyirəm. Bilirəm ki, artıq bülletenlər çap ediblər, çox böyük saxtakarlıqlar edirlər. Seçki açıq, şəffaf keçiriləcəyi halda namizədimiz Cəmil Həsənlinin qalib gələcəyinə əminəm. Amma hökumət heç vaxt buna razı olmayacaq, bunun üçün cürbəcür saxtakarlıqlar edəcək.

Mən seçkinin saxtalaşdırılmasını heç cür qəbul edə bilmərəm. Seçki şəffaf keçsə və doğrudan da İlham Əliyev seçilsə, bunu qəbul etməliyik. Amma əminəm ki, nəticələr saxta yollarla alınacaq. Biz heç vaxt bunu qəbul etməyəcəyik və mübarizəni davam etdirəcəyik”.


Qaynar.info