Siyasət 17:51 30.07.2013

Rüstəm İbrahimbəyov Tiflisdə - FOTO

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu gətirən Moskva-Tiflis uçağı artıq Tiflisə çatıb. Yaxın 1 saatda Milli Şura sədrinin toplantı keçiriləcək Vere Palas otelinə gələcəyi gözlənilir.

Xəbəri “Yeni Müsavat”a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov verib.

Onun sözlərinə  görə, otel rəhbərliyi ilə aparılan danışıqlardan sonra Milli Şuranın yığıncağının Vere Palasda keçirilməsi qərara alınıb. Onu da bildirək ki, Milli Şura üzvləri Tiflis toplantısını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi zalda keçirmək istəsələr də, Gürcüstanın hökumət qurumları bunun üçün rəsmi müraciət istəyib: “İndi həmin bina muzey kimi istifadə olunur. Biz bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyovun imzası ilə gərəkli müraciəti ünvanına çatdıracağıq. Böyük ehtimalla sabah Milli Şura üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi binada toplantı keçirəcək”. 


Qaynar.info