İdman 17:28 15.12.2018

Rüstəm Orucov “World Masters” turnirinin qalibi oldu

Azərbaycan cüdoçusu Rüstəm Orucov "World Masters" turnirinin qalibi olub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib.

O, həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşıb. Rüstəm Orucov Artur Marjelidonu da məğlub edrək, turnirin qalibi olub.