İdman 16:12 11.12.2013

Rövnəq Abdullayev "Qalatasaray"-"Yuventus"oyununa baxmağa gedib

Dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qalatasaray"-"Yuventus" qarşılaşmasına Azərbaycanda da böyük maraq olub. Bu oyuna təkcə sadə azarkeşlər maraq göstərməyiblər.

"Rekord.az"-ın əldə etdiyi məlumata görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev də İstanbulda "Qalatasaray"-"Yuventus" oyununu izləyənlər arasında olub. 

AFFA-da işləyən yüksək vəzifə sahibinin  verdiyi məlumata görə, Rövnəq Abdullayev İstanbula tək getməyib. O, ailə üzvlərini və yaxın qohum-əqrəbasını da bu qarşılaşmanı izləmək üçün İstanbula aparıb. 

Mənbə bildirir ki, Abdullayev bunun üçün çarter reysi sifariş edib. 75 nəfərin olduğu təyyarədə, AFFA-nın və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun, AFFA İcraiyyə Komitəsinin üzvü, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da olub.

Qaynar.info