Video 12:00 26.12.2019

Röya 50 min tələb etdiyi Xalq artistinə söz atdı - Müğənni ağladı (VİDEO)

Xalq artisti Röya Ayxan gənc müğənni Mina Hüseynə dəstək olub. 

Qaynarinfo xəbər verir ki, o, efirdə Xalq artisti Aygün Bəylərin  ifası ilə populyarlaşan "Özün günahkarsan” mahnısını oxuyub. Röya da M. Hüseynin həmin görüntülərini sosial şəbəkədə paylaşaraq onu "Gələcəyinin tarixi” adlandırıb:

"Gözəlim, sən mənim səsim oldun, sən mənim gələcəyim oldun, çünki qadın elə qadındır! Biri həmən tonda hayqırar, biri həmən tonda danışar. Mənim üçün sənət sənsən! Gələcəyimin tarixi. Əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin”.

Mina isə öz növbəsində paylaşıma rəy bildirərək bu sözlərdən kövrəlib ağladığını yazıb:

"Röya Ayxan, sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu, hətta ağladım.  Sizin kimi ulduzun məni paylaşmağı mənə çox stimul verdi. Çox sağ olun, bizim Xalq artistimiz, səhnəmizin ulduzu, gözəli. Allah razı olsun”. 

İzləyicilərin bəziləri  isə "Biri həmən tonda hayqırar” sözlərini əsas gətirərək Röyanın Minaya dəstək olmadığını, onun adı ilə Aygün Bəylərə söz atdığını yazıblar.  

Qeyd edək ki, R.Ayxan ötən il Xalq artisti A.Bəylərin "ARB” telekanalında onunla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat tələb edərək onu məhkəməyə vermişdi. A.Bəylər sözügedən kanalın "Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirmişdi. 

Sözügedən mahnını hər iki müğənninin ifasında təqdim edirik: