Foto 18:25 23.06.2018

Röya üç il sonra ATV-yə çıxdı: verilişdə oğluna əsəbiləşdi (FOTO/VİDEO)

Əməkdar artist Röya Ayxan üç illik fasilədən sonra ilk dəfə ATV-nin canlı yayımına çıxıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, "Zaurla Günaydın” proqramına qonaq olan sənətçinin verilişdə oğlu Hüseynlə tək olması diqqətdən yayınmayıb.

Maraqlı anlarla yadda qalan proqramda üç il sonra ATV-də canlı yayıma çıxdığı üçün Röyanın ayağı ilə qırması üçün pilləkana boşqab qoyulub. Amma müğənninin onu sındırmağa gücü çatmayıb.


Veriliş zamanı daha bir ilk yaşanıb. Belə ki, canlı yayım davam edərkən başqa proqramın əməkdaşları studiyada Röyadan müsahibə alıb.

Daha sonra Aygün Bəylərdən də söz açan müğənni bildirib ki, qızı ilə onu efirdə ağlayarkən görməsi Röyaya pis təsir edib:

"Bu gündən sonra söz verdim ki, heç kimin acığına iş görməyəcəm. Çünki geridə oğlum qalacaq. Qoy insanlar mən olmayanda da oğlumun yanında olsun”.


Hüseynin sakit durmamağı isə Röyanı əsəbiləşdirib.


Canlı yayım zamanı Zaurla nərd oynayan müğənni Baxşəliyevlər ailəsi ilə selfi çəkdirib. Fotonu Zaurun "Instagram” hesabında paylaşan məşhurlar əlli mininci rəyi yazan şəxsə Röyanın "Iphone X” verəcəyini açıqlayıb. Daha sonra müğənni 120 mininci, sonda isə 150 mininci rəy yazana telefon verəcəyini deyib.

Fotoya iki saat ərzində 260 mindən çox rəy yazılaraq Azərbaycan rekorduna imza atılıb.