Maqazin 13:29 21.12.2019

Röyadan Faiq Ağayevə ismarıc: “Böyük böyüklüyünü etsin!”

"Elə mahnılar var ki, biz onu həmişə sevirik. Faiq Ağayevin yaradıcılığında olan bütün əsərləri sevmişəm və hörmətlə yanaşmışam. Amma "Uşaq kimi” mahnısı gözəldi, çox gözəldi...”

Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqramda paylaşdığı videoda deyib.

O, bir neçə ildir incik olduğu həmkarı, Xalq artisti Faiq Ağayevə Yeni il ərəfəsi jest edərək barışıq əli uzadıb: "Hər sözlər uşaq kimi oynasaq, onda bizdə heç nə alınmaz. Bütün küsənlər hamınız barışın. Kiçik kiçiklik etsin, böyük də böyüklüyünü”.

Qeyd edək ki, bir neçə il əvvəl tərəflər arasında baş verən qalmaqalın səbəbi Faiq Ağayevin Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olub.