Maqazin 12:00 29.09.2014

Röyadan məmur oğlu ilə sevgili olması xəbərinə - Reaksiya

Müğənni Röya Ayxan məmur oğlu ilə sevgili olması haqda yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, bu haqda “İnstagram” səhifəsində yazan  sənətçi bu xəbərlərin şayiə olduğunu bildirib:

“Şəxsi təyyarəm olsaydı, uçardım. Allaha mənə səbr ver, adam bu insanların dedi-qodusuna nə qədər dözər.  Bir də ki, sevgilisiz düşməniniz olsun”.

Qeyd edək ki, sənətçinin yüksək vəzifəli məmur oğlu ilə sevgili olması və məmur ailəsinin bu münasibətdən xəbərdar olmaması ilə bağlı “Qafqazinfo”ya məlumat daxil olmuşdu.  Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı və  Marmarisdə yerləşən tanınmış otellərdən birinə xüsusi təyyarə ilə getdikləri də iddia edilmişdi.

Qaynar.info