Siyasət 15:39 25.02.2013

Saakaşvili Azərbaycana gəlir

Gürcüstan prezidenti Mixail Saakaşvili iki gündən sonra Azərbaycana gələcək. 

Trend-in məlumatına görə, bu barədə Saakaşvili daxili siyasət məsələləri üzrə Avropa komissarı Sesiliya Malmström ilə birgə keçirdiyi brifinqdə deyib.

"Biz iki gündən sonra nümayəndə heyəti ilə Bakıya səfər etmək niyyətindəyik", - prezident qeyd edib.

Qaynar.info