Dünya 17:10 07.03.2013

Saakaşvili İsrail və ərəb ölkələrindən pul yığır (İDDİA)

Gürcüstan prezidenti Mixail Saakaşvilinin tərəfdarları aprelin 19-da Tiflisdə keçirilməsi planlaşdırılan kütləvi mitinq üçün İsrail və Ərəb ölkələrindən pul yığırlar. 

Qaynar.info-nun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstan Vətəndaş Həmrəyliyi Mərkəzinin sədri Levan Çitadze və keçmiş siyasi məhbus Levan Qoqiçaişvili belə bir iddia ilə çıxış ediblər. 

Onların sözlərinə görə, ötən həftə Saakaşvilinin "Milli Hərəkat" Partiyasının baş katibi Vano Merabişvili və keçmiş müdafiə naziri David Kezeraşvili ilə birlikdə İsrailə səfər edib. Bildirilib ki, orada Kezeraşvilinin qohumları ilə keçirilən görüşdə mitinqləri dəstəkləmək üçün yeni bank hesabı açılıb. 

Çitadze bildirib ki, "Milli Hərəkat" mitinqlərdə qarışıqlıq və təxribat törətmək üçün həmin pullara idmançı almaq niyyətindədir. Bundan başqa bəzi biznesmənlər Ərəb ölkələrində offşor şirkətlər yaradıblar və mitinqə maliyyə dəstəyi göstərmək niyyətindədirlər. 

Qaynar.info