Xəbər lenti

Saakaşvili Ukraynaya geri döndü
Dünya 10:29 11.09.2017

Saakaşvili Ukraynaya geri döndü

Sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Ukraynaya geri qayıdıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hazırda Ukraynada müxalifət qüvvələrini təmsil edən Saakaşvilinin ölkəyə girişi qadağan edilmişdi. Polşadan yola düşən qatara minən sabiq Gürcüstan prezidentinin qatarı hərəkət etməyib. Ukraynalı digər müxalif lider Yuliya Timoşenko Saakaşvilini müşayiət edib və dəstəkçiləri ətrafına yığılaraq şüarlar səsləndirib. Daha sonra avtobusla ölkəyə girməyə çalışan Saakaşvilinin tərəfdarları ilə sərhəd işçiləri arasında qarşıdurma yaşanıb, lakin müxalif lider ölkəyə daxil ola bilib.

Qeyd edək ki, Gürcüstanda adı korrupsiya hallarında hallanan Mixail Saakaşviliyə 2 il əvvəl Ukrayna prezidenti Petro Poroşenko vətəndaşlıq və Odessa valisi vəzifəsi vermişdi. Daha sonra hökümət qüvvələri ilə arasında yaranan problemə görə istefa verən Saakaşvili müxalifətə keçmiş, sonra isə Ukraynaya girişinə qadağa qoyulmuşdu.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->