Dünya 18:31 06.11.2013

Saakaşvilinin partiya qərargahı qarət olundu - FOTO


Gürcüstanın şərqində yerləşən Qori şəhərində prezident Mixail Saakaşvilin liderlik etdiyi keçmiş hakim partiyanın – “Vahid Milli Hərəkat”ın qərargahı qarət olunub.

APA-nın “Qruziə Online”a istinadən verdiyi xəbərə görə, ofisdən televizor, videokamera və notebook oğurlanıb.
 
Polis artıq yerli sakin olan oğrunuyaxalayıb. Oğurlanmış əşyalar onun evindən tapılıb. Saxlanılan şəxs təqsirini etiraf edib.


Qaynar.info