Dünya 23:05 11.09.2017

Saakaşvilinin xanımı ilə oğlu Kiyevə uçdu (FOTO)

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rufols və oğlu Mixail Lvovdan Kiyevə uçublar.

“Qafqazinfo”nun “Strana.ua” saytına istinadən verdiyi məlumata görə, həyat yoldaşından fərqli olaraq S. Rufols təzyiqlə üzləşməyib.

Qeyd edək ki, M. Saakaşvili sentyabrın 10-da öz tərəfdarları ilə birlikdə Ukraynaya qayıdıb. Saakaşviliyə qarşı cinayət işi başlanılıb, o, 2 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Xatırladaq ki, Ukrayna prezidenti P. Poroşenko cari ilin iyulunda Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum olunmağı ilə bağlı fərman imzalayıb.  M. Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu.

Qaynarinfo.Az