Dünya 21:53 07.11.2017

Saakaşviliyə Ukraynada yaşamağa icazə verildi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukraynada leqal yaşamağı barədə sənəd verilib.

AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili "Facebook” səhifəsində yazıb.

Sabiq prezident bundan sonra Ukrayna vətəndaşlığını bərpa etmək üçün mübarizə aparacağını bildirib.

Qeyd edək ki, bu il iyulun 26-da Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib.

Qaynarinfo.Az