Foto 20:58 15.03.2019

Sabah "Aqrolizinq" gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışını keçirəcək (FOTO)

Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılmışdır. 

Qaynarinfo xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Bilesuvar,Saatlı, Kürdəmir rayonlarının ardınca növbəti səyyar satış mart ayının 15-də Xaçmaz rayonunun Ləcət kəndində baş tutmuşdur. Bu günkü satış zamanı Ləcət və ətraf 9 kənd 52 vətəndaş müracət edərək, 3,750 ton ammofos, 38,300 ton ammonium nitrat, 4,05 ton nitroammofoska, ümumilikdə 46,100 ton minerak gübrə satılmışdır.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Sabah mart ayının 16-da Siyəzən rayonunun Qozağacı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.