Ölkə 22:10 16.04.2018

Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah Bakının bəzi yerlərində su olmayacaq.

"Azərsu" ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar 17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə işməli suyun verilişində məhdudiyyətlər olacaq.