İdman 23:40 19.01.2022

"Sabah" belaruslu qapıçı ilə müqavilə bağladı

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.

28 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Neçayev karyerası ərzində Belarusun "Dinamo” (Brest, 2014-2016), "Atlant” (Kobrin, 2015/16), "Lida” (2016/17) və "Rux” (2017-2022) komandalarında çıxış edib.