Ölkə 17:07 24.07.2018

Sabah bu qəsəbənin elektrik enerjisi təchizatında fasilələr yaranacaq

Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.

"Azərişıq” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, Səhmdar Cəmiyyətə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.