Sənət 15:40 27.09.2019

Sabah “Məryəm surəsi”nin imza günüdür - Beynəlxalq Yarmarka

Sabah IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında "Qanun” nəşrlər evinin stendində yazıçı Pərviz Cəbrayılın yenicə çap edilmiş "Məryəm surəsi” romanının imza günü keçiriləcək.

Qaynarinfo xəbər verir ki, yarmarka və imza törəni Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı)" təşkil edilib. Bütün kitabsevərlər və Pərviz Cəbrayılın oxucuları törənə dəvətlidir.

Xatırladaq ki, "Öləngi”, Yad dildə” romanlarından sonra "Məryəm surəsi” Pərvizin üçüncü romanıdır. "Yad dildə” romanı 2010-cu ildə "Nəsimi Kitab Müsabiqəsi”ndə "İlin romanı” adını, 2011-ci ildə isə Milli Kitab Mükafatı (MKM) yarışmasında birinci yeri qazanıb.

"Məryəm surəsi" romanı "Qanun" Nəşriyyatında çap edilib.