İdman 11:23 04.02.2022

"Sabah"da braziliyalı futbolçu (RƏSMİ)

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Kristian da Silva Fil bundan sonra komandamızın uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

Kristian karyerası ərzində Braziliyanın "Tuna Luso”, "Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın "Nasional”, "Pasuş de Ferreyra”, "Feyrense”, "Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya "Koimbra”sı olub.

Yeni transferimiz komandamızda 15 nömrəli formada çıxış edəcək.
 
Səbuhi Həsənov