İdman 20:25 20.01.2022

"Sabah"dan növbəti heç-heçə

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Sabah" növbəti yoxlama mtçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, Murad Musayevin komandası Ukrayna təmsilçisi "Zarya" ilə qarşılaşıb. Oyunundan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı klubu meydana qara sarğı ilə çıxıb. 
 
"Titanic Deluxe Football Center"də baş tutan görüşün 76-cı dəqiqəsində təmsilçimiz hesabda geri düşüb. Ancaq çox keçmədən, 83-cü dəqiqədə Bakı klubu Kamran Quliyevin qolu sayəsində hesabı bərabərləşdirib. Başqa qol olmadığından görüş 1:1 hesabı ilə yekunlaşıb. 
 
Komandanın start heyəti aşağıdakı kimi olub.
 
1. Səlahət Ağayev, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 3. Zurab Oçiqava, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.
 
"Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstanın "Pakş” komandasına qarşı keçirib (1:1). Təlim-məşq toplanışının son yoxlama oyununda isə "Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.
 
Səbuhi Həsənov