Ekonomiks 14:48 20.10.2020

Sabahdan Suqovuşan və Talışa gedən yolların bərpasına başlanılır

Sabah Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılacaq.


BunuQaynarinfo-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq qurulacaq:

 

"Əraziyə böyük işçi qüvvəsi cəlb olunacaq. 1970-ci illərdə ulu öndərin tapşırığına əsasən Suqovuşan Su Anbarı inşa olunarkən yeni yollar da salındı. Amma düşmən tapdağı altında olarkən həmin yollar dağıdıldı. Hazırda bizim məqsədimiz həmin yolun bəpasıdır”.

 

Anar Nəcəfli qeyd edib ki, həmin yollarda aparılan işlər qısa müddət ərzində yekunlaşacaq:

 

"Növbəti mərhələdə isə işğaldan azad olunan digər ərazilərdə yolların çəkilməsi tərəfimizdən təmin olunacaq”.

 

Bahar Rüstəmli