Dünya 17:27 15.06.2019

Sabiq ABŞ senatoru öldürüldü, rəfiqəsi həbs edildi

ABŞ-ın sabiq senatoru Linda Kollins Smitin qətlinə görə rəfiqəsi saxlanılıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, 57 yaşlı sabiq senatorun ölümündə şübhəli bilinən 48 yaşlı Rebekka Linn O'Donnell Arkanzasda polis tərəfindən həbs edilib. 

Xatırladaq ki, Linda Kollinsin meyiti 4 iyunda Randolf ərazisində yerləşən evində tapılıb. O, güllələnərək qətlə yetirilib.

Gülşən