Ölkə 12:48 01.06.2019

Sabiq başçıdan deputata cavab: "Heç kim snayperlərimizi narahat etməsin" (FOTO)

Deputat Aydın Mirzəzadənin Milli Məclisdə snayperlərə etdiyi çağırış hələ də müzakirə mövzusu olmaqda davam edir. O, ordumuzun snayperlərinə belə müraciət etmişdi: "Snayperlərimizə üz tutub xahiş edirəm ki, əgər Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar"

Qaynarinfo xəbər verir ki, Aydın Mirzəzadənin bu çağırışına keçmiş icra başçısı Vaqif Abdullayev də münasibət bildirib. O, sosial şəbəkə hesabında belə bir paylaşım edib.

"Xahiş edirəm, heç kim bizim snayperlərimizi narahat etməsin. Onlar nəyi və nə zaman etməyi hamıdan yaxşı bilirlər".

Qeyd edək ki, Vaqif Abdullayev ötən ilin oktyabr ayına kimi Beyləqan Rayon İcra Başçısı vəzifəsini icra edirdi.