Filippinin sabiq "first lady"si İmelda Markos həbs edilib.

Qaynarinfo xəbər verir ki, sabiq prezident Ferdinand Markosun həyat yoldaşı olan İmelda rüşvətxorluqda ittiham edilir. O, Manila valisi olduğu dövrdə İsveçrə banklarına 7 dəfə milyonlarla dollar pul köçürüb. Hər transfer üçün ona 6 ildən 11 ilə qədər həbs verilib. 89 yaşlı sabiq "first lady"nin apelyasiya şikayəti vermək hüququ olduğu üçün onun məhkumluq dövrü hələ başlamayıb. 

Qeyd edək ki, Ferdinand Markos 1986-cı ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb və 1989-cu ildə sürgündə ölüb. O, hakimiyyəti illərində dövlətdən 10 milyard dollar pul oğurlayıb. 

Gülşən