Dünya 14:42 19.01.2019

Sabiq "Interpol" rəhbərinin xanımı Fransadan sığınacaq istədi

"Interpol"un sabiq rəhbəri Menq Honqveyin həyat yoldaşı Qreys Menq özü və 7 yaşlı qızı üçün Fransadan sığınacaq istəyib.

Qaynarinfo xəbər verir ki, Qreys Menq ona qəribə telefon zəngləri edildiyini, avtomobilinə zərər verildiyini, 2 çinlinin onu izlədiyini bildirib. O, təhlükəsizlik səbəbilə mediaya üzünü göstərmədiyini açıqlayıb.

Qeyd edək ki, Menq Honqvey ötən ilin 29 sentyabrında Fransadan Çinə getmiş və ondan xəbər almaq mümkün olmamışdı. Daha sonra həbs edildiyi üzə çıxan Honqvey "Interpol" sədrliyindən istefa verdi. Sabiq rəhbər barəsində Çində istintaq prosesinə start verilib.

Qeyd edək ki, Menq Honqvey 2020-ci ilə qədər "Interpol"a rəhbərlik etməli idi.

Gülşən