Siyasət 12:40 20.02.2020

Sabiq MSK üzvündən maraqlı açıqlamalar: “Bundan sonra...”

"Mərkəzi Seçki Komissiyası qalib elan olunan namizədlərlə bağlı Konstitusiya Məhkəməsinə nə göndərsə, o da təsdiqlənəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Ənvər Əliyev deyib. Onun sözlərinə görə, bu günə kimi Konstitusiya Məhkəməsində hər hansı dairənin nəticələrinin etibarsız hesab edilməsi müşahidə olunmayıb:

"Sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsinə az vaxt qalıb. Bütün diqqət ancaq Mərkəzi Seçki Komissiyasına yönəlməlidir. Bundan sonra Mərkəzi Seçki Komissiyası hər hansı dairənin nəticələrini etibarsız hesab etməyəcək. Ancaq şikayətlərlə əlaqədar məntəqələr ləvg edilər bilər. Bu az vaxtda hər şey dəyişə bilər. Bir az diqqətli olmaq lazımdır”.

Ənvər Əliyev qeyd edib ki, mübahisəli dairələrdə qalib elan namizədin səsində problem yaransa, araşdırma nəticəsində o, ikinci yerə dəyişdirilə bilər.

Bahar Rüstəmli