Dünya 21:10 07.09.2017

Sabiq nazirin adı azərbaycanlı iş adamının cinayət işində

Amerikada həbs edilən azərbaycan əsilli iş adamı Rza Zarrabın cinayət işi üzrə yeni detallar məlum olub.

Azvision.az Türkiyə mətbuata istinadən xəbər verir ki, cinayət işində sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, "Xalq Bank"ın keçmiş müdiri Süleyman Aslan, icraçı direktor müavini Ləvənt Balkanın da adı hallanır.

Onlar ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda ittiham olunurlar. Rza Zərrabın məhkəməsi 30 oktyabr tarixində Nyu-Yorkda keçiriləcək. Bu vaxta qədər yeni iddianamələrin olacağı gözlənilir. 

Cinayət işində qeyd olunub ki, şübhəli Mehmet Zəfər Çağlayan və digər hökümət nümayəndələri İrana qeyi-qanuni yolla yemək və dərman satmaq sistemini təsdiqləyib və idarə ediblər.

Qaynarinfo.Az