Sabiq nazirin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib

Sabiq nazirin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlər var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR