Dünya 16:00 21.09.2018

Sabiq prezident azadlığa buraxıldı

Korrupsiya və rüşvətxorluqda ittiham edilən sabiq Malaziya prezidenti Nəcib Razak azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, 846 min 430 dollar pul qarşılığında şərti azadlığa buraxılıb. İyul ayında həbs edilən Razaka qarşı korrupsiya, rüşvətxorluq, çirkli pul yuma ittihamları irəli sürülsə də, o, bu iddiaları rədd edir. Şəxsi hesabında 681 milyon dollar olan sabiq prezident məbləğin Səudiyyə Ərəbistanı kral ailəsi tərəfindən ona verildiyini iddia edir. 

Gülşən