Argentinanın sabiq prezidenti Karlos Menem Buenos-Ayresdə məhkəmə qarşısına çıxıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Menem vergilərdən yayınmaqda ittiham olunur.
Prokurorluq sabiq prezidenti milyonlarla dollarlıq bank hesablarını, habelə iki təyyarəni, avtomobilləri, daşınmaz əmlak və qiymətli kağızları gizlətməkdə günahlandırır.
Şərhlər