Dünya 11:10 20.11.2019

Sabiq prezidentin oğlu qətlə yetirildi

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, hadisə sabiq prezident oğlunun rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən baş verib. Cinayətkar Fritz fon Vayszekkeri bıçaqlayaraq öldürüb. 

Polisin məlumatında bildirlir ki, hadisə Berlində Şarlottenburq sarayı yaxınlığında yerləşən Schlosspark klinikasında baş verib. Çıxış zamanı bir kişi Vayszekkerə yaxınlaşaraq, onu bıçaqlayıb. 59 yaşlı həkim aldığı yaralardan həyatını itirib. Hadisə zamanı qatilə mane olmaq istəyən başqa bir şəxs də yaralanıb.

Qətli törədən şəxs həbs olunub. Onun cinayətinin motivləri məlum deyil.

Qeyd edək ki, Fritz fon Vayszekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi vəzifəsində olub. Onun atası Rixard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.