Dünya 14:06 27.06.2019

Sabiq prezidentin toxunulmazlıq hüququ ləğv edildi

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev sabiq prezidentlik və toxunulmazlıq hüququndan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə parlamentdə keçirilən səsvermədə qərar qəbul edilib. 103 deputat məsələnin lehi, 6-sı isə əleyhinə səs verib. 

Qeyd edək ki, sabiq prezident 6 cinayət əməlində ittiham edilir. Baş Prokuror Otkurbek Camşitova görə, 5 fakt üzrə cinayət işi açmaq mümkündür.

Gülşən