Ölkə 20:05 13.07.2019

Sabirabadda ağır qəza: 3 nəfər həlak oldu

 
Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.

"90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı 3 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.