Ölkə 13:16 22.02.2019

Sabirabadda miktoavtobus yük maşını ilə toqquşdu: ölən və yaralananlar var

Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində  baş verib.

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. 

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı,

Yaralılar Sabirabad  Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.