Sabunçu stansiyası yaxın günlərdə istifadəyə veriləcək

Sabunçu stansiyası yaxın günlərdə istifadəyə veriləcək

Sabunçu dəmiryolu stansiyası təmirdən sonra istifadəyə hazır vəziyyətə gətirilib.

Qaynarinfo-nun məlumatına görə, yaxın günlərdə stansiyanın açılışı olacaq. 

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında stansiya üçün yeni qatarların sifariş edildiyini bildirmişdi: 

"Yeni qatarlar sifariş edilib və əlavə iki qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək". 
XƏBƏRLƏR
BLOGLAR