Sağlamlıq 11:10 06.06.2019

Saçlarınızı bu üsullarla uzadın

Hər bir xanım baxımlı saçlara sahib olmaq istəyər. Lakin saç tökülməsi, saç diblərinin yağlanması, quruması kimi problemlər saçlarınızın istədiyiniz kimi görünməsinə mane olur. 

Qaynarinfo ev şəraitində saçlara qulluğun yollarını təqdim edir:

Yağlı saçlara sahib olanlar limondan istifadə etsinlər. Limon saç dərisindəki çox yağın təmizlənməsinə təsir edərək, məsamələrin kiçilməsini təmin edir və yağ istehsalını azaldır. Saçınıza davamlı olaraq limon suyu vurduqda, qaşıntının qarşısını alar. Limon saçdakı kəpəyi aradan qaldırır. Tərkibindəki vitamin və minerallar saç tellərini qalınlaşdırar.

Yumurta - Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii vasitələrdən biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırır və daha sağlam uzanmasına kömək olur.

Mütəxəssislər xardal yağının bədəndə omeqa3 yağını çevrildiyini bildirirlər. Bu həm dəri xərçəngi riskini aradan qaldırır, həm də saçların uzanmasına kömək edir. Saç tellərinin daha qalın və parlaq olmasına kömək edən xardal yağı, eyni zaman saçların sürətli uzanmasına kömək edir. Saçlarınızın daha gözəl və sağlam görünməsi üçün isə 1 stəkan suya 1 damcı xardal yağı töküb yaxşıca qarışdırmaq və içmək lazımdır. Gündə bir dəfədən artıq içmək olmaz. Hər ehtimala qarşı mütləq həkimlə məsləhətləşin.

Zeytun yağı - Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, gözəl görünüş almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.

Təbii evdə hazırlanmış alma sirkəsi saçların pH dəyərini sabitləyərək saç uzanmasını sürətləndirir. Eyni zamanda saçların parlaq və sağlam görünməsinə də kömək edir.