İdman 10:22 13.02.2014

Sadıqov yenə "Qarabağ"a badalaq vurmaq istəyir


"Qarabağ" ən güclü klublarımızdandı. Onlar bunu "Qəbələ" ilə oyunda sübut etdilər. "Qarabağ" istər oyun baxımından, istər heyət baxımından, istərsədə turnir cədvəlindəki mövqeyi ilə əsl liderdi". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

AZAL Premyer Liqanın XXI turunda "Qarabağ"la qarşılacaq. "Təyyarəçilər" cari mövsümdə bu rəqibə uduzmayıb. Belə ki, Sadıqovun yetirmələri ilk oyunda "Qarabağ"ı məğlub edib (1:0), ikinci qarşılaşmada sülhə razılaşıb (1:1).

Oyunla bağlı fikirlərini bildirən AZAL-ın baş məşqçisi ağdamlılarla qarşılaşmada yenə xal qazanmaq istəyir: "Sumqayıt"la oyundan sonra futbolçularımızın psixoloji durumu heç də yaxşı deyil. Çünki qələbə qazanmaq istəyimiz baş tutmadı. AZAL bütün oyunlarda sona qədər mübarizə aparır. Əgər, bu oyunda "Qarabağ"dan xal alsaq, çox sevinərəm. İstərdim ki, sevinən tərəf biz olaq".

Qaynar.info