Video 22:03 26.07.2019

Şaftalını fermerdən 50 qəpiyə alıb bazarda iki manata satırlar (VİDEO)

Xaçmazın şaftalı bağlarında iyulun ilk günlərindən yığıma başlanılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun meyvə bağlarında "Zolotoy”, "Fədai” və "Nektarin” kimi sortların yığımı həyata keçirilir.

Son beş ildə məhsuldarlığın 4-5 qat aşağı düşdüyü deyilir. Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane etmir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50-80 qəpiyə satırlar. Bu qiymət isə istehsal və yığım xərclərini belə tam ödəmir.

Bağdan alınan məhsul şəhər piştaxtalarında 3-4 dəfə baha satılır. Yığılan məhsul paytaxt bazarına və Rusiya Federasiyasına göndərilir.

Qeyd edək ki, ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağları var. Hər il bu bağlardan 20 min tonadək şaftalı toplanır.