Ölkə 16:26 19.10.2020

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır

"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.