Sənət 18:35 18.01.2022

Şah Mat Teatrında 16+ tamaşa hazırlandı

Yanvarın 22-də Müstəqil Şah Mat Teatrının səhnəsində Nobel mükafatlı Amerika yazıçısı Con Steynbekin "Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış "Siçanlar və adamlar” səhnə əsərinin premyerası olacaq. 

Bu barədə Qaynarinfo-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir. Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur. 

Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir edərək, onları dәyişib bir-birindәn asılı tәnha insanlara çevirib. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır, lakin bu "Sizifin zirvəyə daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaq.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb.

Bahar