İdman 21:00 23.12.2018

"Şahdağ" Portuqaliya çempionatından futbolçu transfer etdi

Region Liqasında çıxış edən Qusarın "Şahdağ" klubu heyətini gücləndirib.
 
Qaynarinfo klubun "Facebook" səhifəsinə xəbər verir ki, klub Portuqaliyanın 2-ci Liqasında çıxış edən "Louletano"nun hücumçusu, həmyerlimiz Valeh Seyidovu heyətinə qatıb.
 
"Bakı"nın yetirməsi olan Valeh qusarlıların heyətində debüt də edib. Gənc futbolçu dünən keçirilən "Şahdağ" - "FC Baku" oyununda meydana çıxıb.