Ölkə 09:15 05.04.2020

Sahibkarlıqla bağlı Koordinasiya Şurası yaradılacaq

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurası yaradılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 

Sənədə əsasən, Nazirlər Kabineti 2020-ci il ərzində Koordinasiya Şurasının yaradılmasını təmin etməlidir.