Ölkə 22:20 08.08.2018

Sahil Babayev bələdiyyə sədrinin müavininə vəzifə verdi

Bələdiyyənin sədr müavini dövlət qulluğuna təyinat alıb.

Qaynarinfo aznews.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavini təyin edilib.

Qeyd edək ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.Əhmədova "Tərəqqi” medalı ilə təltif edilib.