Ölkə 10:06 07.08.2017

Şahin Zəkizadənin atası da dünyasını dəyişdi (FOTO)

“Valideyn üçün ən böyük acı övlad itkisidir. Şahinin ölümündən sonra atası Həsən əmi də 40 gün bundan öncə haqqın rəhmətinə qovuşdu”.

"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı, vizajist Səbinə Zəkizadə sosial şəbəkədə paylaşıb.

“Şahinin dost dedikləri onun ailəsini bir dəfə də olsun axtarmadııar”, - deyə şərhdə qeyd edilib.

Xatırladaq ki, Ş.Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi.


Qaynarinfo.Az