Şahmar İbadov vəzifəsindən azad edilib (İDDİA)

Şahmar İbadov vəzifəsindən azad edilib (İDDİA)

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Gündəlik Bakı" məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nərimanov rayonunda Şahmar İbadovdan ciddi narazılıq var imiş. İcra başçısının müavini qəbul saatlarında vətəndaşları dinləməyə borclu olsa da, otağında tapılmırmış. 

İddia olunur ki, rayonun bir çox ərazilərində qanunsuz tikintilər yalnız Şahmar İbadovla razılaşdırılandan sonra tikilə bilərdi. Şahmar İbadovun əməllərindən olunan şikayətlər yuxarılara çatmırdı. "Azərpoçt” MMC-də özünə dost tapan birinci müavin onun qanunsuz əməllərini özündə əks etdirən şikayət məktublarını yoxa çıxara bilirdi.

Şahmar İbadovun çox sayda obyektlərinin və villaların olduğu qeyd edilir. Məlumata görə, Şahmar İbadov Bakının mərkəzində ucaldılan "Altun” saraya 11 milyon manat xərcləyib. Faktları təqdim edən mənbə digər imarətlərə xərclənən pulların 50 miliyon AZN-dən artıq olduğunu bildirir.

Şahmar İbadovun karyerasının qürubu 3 il əvvəl başladı. Əvvəlcə oğlunun 100 minlik maşınla qəza törədib piyadanı öldürməsi gündəm oldu.

2019-cu ilin əvvəlində isə bir neçə ildir davam edən gözdən əlillər üçün tikilmiş 12 milyonluq mənzil korrupsiyası ilə bağlı məhkəmə qalmaqalı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevlə I müavini Şahmar İbadovu üz-üzə qoydu. Şahmar İbadov məsuliyyətdən yayınmaq üçün bütün günahları icra başçısının və hüquq şöbəsinin üstünə atmağa başladı. Məhkəmədə verdiyi ifadəsində Şahmat İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı Abdin Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söylədi.
 
Mənbə: "Gündəlik Bakı"
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR